Vətəndaşların telefonunu dinləyən MTN generalı əfv olundu - MAHMUDOVUN DƏSTƏ ÜZVLƏRİNDƏN İKİSİ AZADLIQDA

  • By admin
  • 27 May 2022 19:00

Həbs edilmiş MTN generalı Teymur Quliyev azadlığa buraxılıb.

Gununsesi.info xəbər verir ki, onun adı Prezident İlham Əliyev tərəfindən bu gün imzalanan Əfv Sərəncamı ilə bağlı siyahıda yer alıb.

HTML tutorial

Həmçinin, Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Natiq Alıyev və Zaur Məmmədov da azad olunublar.

Qeyd edək ki, Teymur Quliyev  MTN-nin Monitorinq Mərkəzinin rəisi kimi nazirlik tərəfindən şərlənən vətəndaşların telefonlarının qanunsuz dinlənilməsində iştirak edib.