Vətəndaşsızlıq hallarının aradan qaldırılması müzakirə olunub

  • By admin
  • 25 Aprel 2022 16:58

Vətəndaşsızlıq məsələləri üzrə İşçi Qrup”un iclası keçirilib

Ölkə ərazisində vətəndaşsızlıq hallarını aradanqaldırmaq məqsədilə yaradılmış fəaliyyəti DövlətMiqrasiya Xidməti tərəfindən əlaqələndirilənVətəndaşsızlıq məsələləri ilə əlaqədar İşçi Qrup”un növbəti iclası keçirilib.

HTML tutorial

Gununsesi.info bildirir ki, İşçi Qrupun iclasında Daxili İşlər Nazirliyi, Xarici İşlərNazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət TəhlükəsizlikXidməti, Xarici Kəşfiyyat Xidməti, AzərbaycanRespublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin(Ombudsman) Aparatı, Birləşmiş Millətlər TəşkilatınınQaçqınlar üzrə Ali Komissarlığının, Beynəlxalq MiqrasiyaTəşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə BeynəlxalqMərkəzin Azərbaycandakı Nümayəndəliklərininəməkdaşları, həmçinin Dövlət Miqrasiya Xidməti yanındaİctimai Şuranın üzvləri iştirak ediblər.

İclası giriş sözü ilə açan Dövlət Miqrasiya XidmətininVətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəlidövlət miqrasiya xidməti müşaviri Rza Talıbov NazirlərKabinetinin tapşırığına əsasən yaradılmış İşçi Qrupunfəaliyyət istiqamətləri, məqsədləri ölkə ərazisindəvətəndaşsızlıq hallarının azaldılması ilə bağlı DövlətMiqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər, görülən işlər barədə məlumat verib. Bildirib ki, DövlətMiqrasiya Xidməti vətəndaşsızlıq halları ilə mübarizəsahəsində məlumatlılığın artırılması bu şəxslərinhüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığıngücləndirilməsi məqsədilə Birləşmiş Millətlər TəşkilatınınQaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığason” kampaniyasına qoşulub. Ümumilikdə Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlığı olmayan şəxslərin sənədləşdirilməsi istiqamətində görülmüş tədbirlər nəticəsində 2008-ci ildən 2022-ci ilin 1 aprel tarixinədək 2076 nəfər vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub. Həmçinin 5953 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb.

Baş idarə rəisi qeyd edib ki, Azərbaycanda vətəndaşsızlıq riski altında olan şəxslərin müəyyən edilməsi, qeydiyyata alınması, sənədləşməsi, eləcə də vətəndaşsızlıq hallarının azaldılması, məlumatlılığın artırılması istiqamətində görülən işlərin davamı olaraq Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində “Ölkə ərazisində vətəndaşsızlıq vəziyyətində olan şəxslər barəsində məlumatların təqdim edilməsi üçün” müvafiq bölmə yaradılıb. R.Talıbov vətəndaşsızlıq vəziyyətində olan şəxslər barədə məlumatlar aşkarlandığı təqdirdə Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə bildirməyi və ya rəsmi internet səhifəsinin müvafiq bölməsində yerləşdirilməsini diqqətə çatdırıb.

Sonra BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin hüquq şöbəsinin müdiri Oktavian Mohorea çıxış edərək ölkə ərazisində vətəndaşsızlıq vəziyyətində olan şəxslərin hüquqlarının müdafiəsi istiqamətində görülmüş işləri müsbət qiymətləndirib və bu xüsusda Dövlət Miqrasiya Xidməti ilə sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb.

Tədbirİşçi Qrupun digər üzvləri səlahiyyətləri daxilində gördükləri işlər barədə məlumat veriblər.

Sonda vətəndaşsızlıq hallarının aradan qaldırılması,məlumatlılığın artırılması ilə bağlı müzakirələr aparılıbvətəndaşsızlıq vəziyyətində olan bir qrup şəxsə dair məsələlərin həlli istiqamətində qısa zamanda işlərin görüləcəyi vurğulanıb.

Gülnar