Vətənpərvər müəllim mükafatlandırıldı - FOTO

  • By admin
  • 22 Fevral 2017 14:06
 muellim3
“Aztelekom” MMC Yardımlı rayon Dəlləkli kənd orta məktəbinin müəllimi Nəcəf Məhərrəmovu  göstərdiyi əzmkar fəaliyyətinə görə mükafatlandırıb.
Bu barədə Gununsesi.info “Aztelekom” MMC-nin təmsilçisi Elmar Hüseynov məlumat verib.
Onun sözlərinə görə,  “Aztelekom” MMC son zamanlar sosial medialarda nəcib əməli ilə müzakirə olunan Yardımlı rayon Dəlləkli kənd orta məktəbinin müəllimi Nəcəf Məhərrəmovu kompüter dəsti və sürətli, pulsuz internetlə təmin edib. Ona ilin sonuna qədər internetdən pulsuz istifadə imkanı yaradılıb.
21 ildir sözügedən kənddə müəllim işləyən N.Məhərrəmov “Aztelekom” MMC-nin xidməti ərazisində yaşayır.
 
Vətənpərvər müəllimə “Aztelekom” MMC-nin hədiyyəsi təqdim edən “Aztelekom” MMC-nin Baş direktorunun müşaviri Elçin Cabbarov müəllimin bu xeyirxah əməli gələcək nəslin tərbiyəsində mühüm rol oynayacağına ümidvar olduğunu bildirib. “Bizim təqdim etdiyimiz bu hədiyyə sayəsində müəllim şagirdlərə əlavə olaraq internet üzərindən də məşğələlər keçə bilər. Bu kimi nəcib davranışlar digər bölgələrdə də olarsa, biz dəstəyimizi verməyə hazırıq”-deyə, E.Cabbarov bildirib.
muellim2 muellim1 muellim
Mürtəza
Gununsesi.info