Vəzifəli şəxs namaz qılarkən öldürüldü

Əfqanıstan hökumətinin media və məlumat mərkəzinin rəhbəri Dava Xan Menapalın ölümünə görə məsuliyyəti “Taliban” qiyamçıları öz üzərinə götürüb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli mənbələrə istinadən yazıb.

HTML tutorial

Əfqanıstan Daxili İşlər Nazirliyi Menapalın cümə namazı zamanı öldürüldüyünü bildirib.

Öldürülən hökumət rəsmisi Əfqanıstan Prezidenti Əşrəf Qaninin yardım qrupunda mətbuat katibi olaraq da çalışıb.

ABŞ-ın müvəqqəti işlər vəkili Ross Uilson tvitterdə Menapalın öldürülməsini pisləyib.