Vəzifəli şəxsi maşınında infarkt keçirdi

  • By Günel
  • 15 Yanvar 2025 21:12

Gəncədə vəzifəli şəxs avtomobildə infarkt keçirərək vəfat edib.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, 1978-ci il təvəllüdlü Şirin Məhərrəm oğlu Cəfərov “Nissan” markalı avtomobildə dünyasını dəyişib.

Qeyd edək ki, mərhum Azərbaycan Dəmir Yolları (QSC) yük daşımaları departamentinin stansiyaların idarəedilməsi xidmətinin Qərb sahəsinin rəis müavini vəzifəsində çalışırmış.

Gununsesi.info