Xəbər verdiyimiz kimi, məşhur tikinti şirkəti “İnşaat Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vəzifəli şəxsləri barəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Gununsesi.info-nun qaynarinfo-ya istinadən məlumatına görə, təqsirləndirilən şəxs qismində “İnşaat Konstruksiyaları” MMC-nin sahibi Əliyev Rauf Rəhim oğlu, yaxın qohumu Əhmədov Rəsul Süleyman oğlu və Nəcəfov Zahir Vahid oğlu Cinayət Məcəlləsinin 177-189-178.4-cü maddələri ilə ittiham olunurlar.
Onlar barəsində yekun ittiham elan edilərək, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Artıq məhkəmənin hazırlıq iclasının vaxtı da məlum olub. İşə noyabrın 30-da hakim Eldar İsmayılovun sədrliyi ilə baxılacaq.
Onlar rəhbərlik etikləri şirkətlərdə vətəndaşları aldadaraq, mənzilləri ayrı-ayrı şəxslərə qanunsuz yolla satmaqla əldə edilmiş pulu dələduzluq yolu ilə ələ keçiriblər.
Cinayət Məcəlləsinin 177-189-178.4-cü maddələri ilə ittiham olunan 3 iş adamı ilə bağlı keçiriləcək istintaqa 280-dən çox zərərçəkən müraciət edib. Zərərçəkənlərin əksəriyyəti elmi işlərlə məşğul olan şəxslərdir.
Qeyd edək ki, “İnşaat Konstruksiyaları” MMC-nin qanuni təmsilçisi, Rauf Əliyevin yaxın qohumu Əhmədov Rəsul Süleyman oğludur. “Dərəçiçək” MTK da Rauf Əliyevə məxsusdur.
Rauf Əliyevin şirkətləri 2016-cı ildə Bakının Yasamal və Nizami rayonlarında pilot layihələr çərçivəsində binalar tikib. Onlar dövlət tərəfindən icazəsi verilmiş 14 mərtəbəli binaların bəzilərini 17 mərtəbəyə qədər yüksəldiblər. Rauf Əliyev vergidən yayınmaya görə də bir müddət əvvəl saxlanılmışdı.
Zərərçəkmiş şəxslərin siyahısını təqdim edirik:
Gununsesi.info