Vəzifəsindən azad olunan Cəsarət Valehovdan AÇIQLAMA

  • By admin
  • 09 Dekabr 2023 14:24

Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov vəzifəsindən azad olunub.

Gununsesi.info xəbər verir ki, o, sosial şəbəkə hesabında bu haqda paylaşım edib:

“Hörmətli həmkarlar, yaxın günlərdə yeni iş fəaliyyətimlə bağlı sizə məlumat verəcəyəm. Hər birinizə təşəkkür edirəm”.

Musavat.com-a açıqlama verən Cəsarət Valehov bildirib ki, yeni işi təhsillə əlaqəli olacaq:

“Yeni işimlə bağlı hələ ki, danışmaq istəmirəm. Yaxın günlərdə biləcəksiniz”.

Gununsesi.info