Vəzifəsini itirən nazirlər həbs oluna bilər

  • By admin
  • 06 May 2018 16:42

Azərbaycan prezidenti İlham Əliyevin hökumətdə etdiyi dəyişikliklərdən sonra bütün diqqət yeni rəhbər təyinatı gerçəkləşdirilən qurumlara yönəlib.

Gununsesi.info-nun  Modern.az-a istinadən məlumatına görə, yeni təyinatların gerçəkləşdiyi dövlət qurumlarında keçmiş rəhbərliyin başı dərddədir. Belə ki, hazırda Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, o cümlədən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ciddi araşdırmalar aparılır.

Araşdırmaların nəticəsi olaraq artıq məsuliyyət məsələsi gündəmə gəlib. Keçmiş rəhbərliyin bir sıra əməkdaşları məsuliyyətə cəlb oluna bilərlər.

Gununsesi.info