Vəziyyət daha da pisləşəcək - Putindən XƏBƏRDARLIQ

  • By admin
  • 04 İyun 2022 12:12

“Rusiyaya qarşı yeni sanksiyalar dünya bazarlarında vəziyyəti daha da pisləşdirəcək”. 

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına müsahibəsində deyib.

Rusiya prezidenti onu da vurğulayıb ki, yeni sanksiyalar dünya bazarlarında qiymət artımına gətirib çıxaracaq:

“Tətbiq olunan sanksiyalar o deməkdir ki, bu, dalana aparan siyasətdir”.

Putin qeyd edib ki, Rusiya Ukrayna taxılının maneəsiz ixracını təmin etməyə hazırdır: “Rusiya heç bir şərt qoymur və taxılın Ukrayna limanları vasitəsilə ixracının təhlükəsizliyinə zəmanət verir. Ukrayna taxılının ixracının ən asan yolu Belarusdan keçir, lakin buna görə Minskdən sanksiyalar götürülməlidir”.

Gununsesi.info