Vəkilə qarşı xuliqanlıq edən şəxs məsuliyyətə cəlb edildi

  • By admin
  • 02 Fevral 2022 16:07

Bir neçə gün əvvəl tanınmış vəkil Bəhruz Bayramova qarşı xırda xuliqanlıq edən şəxs müəyyən olunub.
Bu barədə Gununsesi.info-ya Bəhruz Bayramov özü bildirib. Onun sözlərinə görə,bu şəxs Lənkəran sakini Gözəlov Elnur Ramazan oğludur: “O, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən saxlanılıb. Daxili işlər naziri Vilayət Eyvazova müraciətimdən sonra qısa zamanda həmin şəxsin kimliyi müəyyənləşdi və inzibati məsuliyyətə cəlb olundu”.

Qeyd edək ki, bir neçə gün əvvəl öz avtomobili ilə hərəkət edərkən başqa bir şəxs yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qəza vəziyyəti yaradıb buna da etiraz edən vəkil həmin şəxsin təhqir və təhdidlərinə məruz qalmışdır.

Gununsesi.info