Vəkil Cavad Cavadov: "İlham Əliyev qarışmasa, qanunsuzluğun qarşısı alınmayacaq"

  • By admin
  • 16 İyun 2022 14:02

Tanınmış vəkil Cavad Cavadov özünün sosial şəbəkə hesabında Bakıda yaşayış binasının sökülməsi barədə video paylaşıb.

Gununsesi.info-nun xəbərinə görə, vəkil bu olayın qanunsuz baş verdiyini deyib:

“Yusif Səfərov küçəsində yerləşən bina ilə əlavə məlumat.
Bakı şəhər İcra Hakimiyyəti və Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri bildirdilər ki, binada üç mənzil alınıb, həmin mənzillərin qapı pəncərərəli sökülür, sakinlərin yaşadığı mənzillərə toxunulmayacaq.

Lakin sökülən mənzillər elə hala salınır ki, ümumiyyətlə binada yaşayış mümkün olmasın və sakinlər bezib mənzillərindən çıxsınlar.

Azərbaycanda mülkiyyət hüqununun tapdalanmasında icra hakimiyyətlərinin, tikinti şirkətlərinin bu sınanmış praktikasıdır: sındırıb, dağıdım, bezdirim ki, mən deyən şərtlərlə satsın çıxsın, yaxud sındırıb, zorla evdən çıxardım, sonra getsin illərlə məhkəmələrdə sürünsün.

Bu bina ilə bağlı məhkəmənin qərarı vardır ki, binanın aparıcı konsturksiyaları sökülə bilməz, binanın kommuniksaiyalarına toxunula bilməz.
Lakin görünən odur ki, buna da əhəmiyyət verən olmayacaq.

Həmişəki kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qarışmasa Bakı Şəhər İcra Hakimiyyətinin bu qanunsuzluğunun qarşısını almaq mümkün olmayacaq”.

Günay 
Gununsesi.info