Vəkil danışır, hakim isə yatır - BAKI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİNDƏ RƏZALƏT

  • By admin
  • 23 Oktyabr 2021 11:24

Azərbaycanda vəkillərin hakimlərdən narazılığı artmaqdadır. Daha bir vəkil Mərdəli Hüseynov məhkəmədə rastlaşdığı bir olayı ictimailəşdirib.

Vəkil yazır:

“Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə çıxışı elədim, çıxışım biraz uzun çəkdi. Sağda oturan hakim yatırdı, solda oturan telefonda oynayırdı, ortada oturan isə katibəsi ilə danışırdı.

Mən əlimdəki dəmir qələmlə bir neçə dəfə stola vurdum ki, ayılsınlar, lakin nəticə olmadı. Gördüm ki, mənə nəinki qulaq asmır, heç saymırlar, bir müddət dayandım. Gördülər ki, səs kəsildi, gəlmir, ortada oturan soruşdu ki, qurtardınız? Dedim yox, sizi gözləyirəm. Proses saat 14:00 üçün  təyin edilmişdi, amma saat 17:45 də başladı, çıxışım çox güclü olduğundan maksimum cəza verdilər.

Bir növ vəkil kimi məni cəzalandırdılar ki, boş-boş danışma, uzun çək-çevirdən sonra ağır cinayətlərə dair notariat ofisinin baş notariusu sənədin əsli ilə düzlüyünü təsdiq etdi”.

Gununsesi.info