Vəkillər Kollegiyasının Rəyasət Heyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun tələbinə uyğun olaraq Vəkillər Kollegiyasına qəbul olunmaq arzusunda olan şəxslərin sənədlərinin qəbulunu bərpa edib.
Vəkillər Kollegiyasından Gununsesi.info-ya verilən məlumata görə, qurumun üzvlüyünə qəbul olunmaq üçün 2016-cı ildə sənədlərini vermiş şəxslərin ərizələrini komissiyada təsdiq etdirmələri zəruridir.
Sənədlər VK-nın binasında – Səməd Vurğun küçəsi 48 ünvanında, dekabrın 11-dən 2018-ci il yanvarın 11-dək qəbul edilir.
Qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən şəxslər kollegiyaya aşağıdakı sənədləri təqdim etməlidir:
– VK-nın Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş ərizə forması
– Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti
– Ali hüquq təhsili barədə diplomun notarial qaydada təsdiq olunmuş surəti
– Əmək kitabçasının təsdiq olunmuş surəti
– Əqli cəhətdən sağlamlıq haqqında tibbi arayış
– 3*4 sm 4*6 sm ölçüdə 4 ədəd rəngli şəkil
– Kadrların şəxsi məlumat vərəqəsi
– Tərcümeyi-hal.
Gununsesi.info