Vəkil təzyiqlərə məruz qaldığını deyir

  • By admin
  • 23 Yanvar 2023 09:15

Vəkil Ramil Rüstəmovun Şirvan Şəhər Polis Şöbəsində saxlanılan müvəkkili  Elgün Quliyevin orada işgəncəyə məruz qalması və onunla görüşə buraxılmaması barədə açıqlaması rezonansa səbəb olub.

Qeyd edək ki, olayın mediada yayılmasından sonra  vəkilin bu açıqlamasını Daxili İşlər Nazirliyi təkzib edib.

Ancaq Ramil Rüstəmov nazirliklə razılaşmır.

Gununsesi.info-ya açıqlamasında vəkil deyib ki, işgəncə ilə bağlı baş prokurorluğa rəsmi müraciət etsə də hələlik reaksiya yoxdur: “Görünür, bu həftəsonu ilə bağlı idi. Ümid edirəm ki, Baş Prokurorluq ciddi reaksiya verəcək. Elgün Quliyevi hazırda Şüvəlandakı İstintaq Təcridxanasına köçürüblər. Şüvəlan istintaq təcridxanasına da rəsmi ərizə vermişəm ki, mənim iştirakımla müvəkkilimin bədəninə baxış keçirilib protokollaşdırılsın, məhkəmə tibbi ekspertizası təyin edilsin”.

Bununla belə vəkil deyir ki, müxtəlif formalı hədələrə məruz qalır.

Qeyd edək ki, Ramil Rüstəmov Vəkillər Kollegiyasının müdaxiləsindən sonra bir neçə dəqiqəlik Elgün Quliyevlə görüşə bilib.

 

Elmar

Gununsesi.info