Vəkili İlqar Məmmədovla görüşdü

  • By admin
  • 23 Noyabr 2017 15:00

Vəkili REAL hərəkatının sədri İlqar Məmmədovla görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə modern.az-a onun hüquqlarını müdafiə edən Fuad Ağayev məlumat verib.

Vəkil müvəkkilinin səhhətində, saxlanma şəraitində hər hansı problem olmadığını bildirib.

REAL Hərəkatının rəhbəri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

Gununsesi.info