Vəkili Şirvanda həbs olunan şəxsin yanına buraxmırlar

Şirvan şəhər polis Şöbəsindəyəm hüquqlarını müdafiə etdiyim şəxsi dünən qanunsuz olaraq həbs ediblər. Qohumları bildirir ki, şöbədə ona işgəncə verilib. 40 dəqiqədən çoxdur ki, vəkil orderimi və vəsiqələrimi müstəntiqə təqdim etməyimə baxmayaraq, hüquqlarını müdafiə etdiyim şəxslə görüş hüququmuzu təmin etmirlər”.

Gununsesi.info xəbər verirki, bunu vəkil Ramil Rüstəmov sosial şəbəkədə yazıb. Vəkil bildirir ki, müstəntiq ona qanunsuz cavab verib:

“Deyir ki, prokuror icazə vermir. DİN-in 102 və Baş Prokurorluğun 961 qaynar xəttinə şikayətlər etmişəm, hələ xəbər yoxdur.

Prezident Administrasiyasının qaynar xəttini götürən yoxdur”.

Mətləb
Gununsesi.info