Vəkillər Kollegiyası dələduzluq edən vəkilin fəaliyyətini dayandırıb

  • By admin
  • 23 Fevral 2023 10:10

MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyeva qarşı 500 min manatlıq dələduzluq etməkdə günahlandırılan vəkil Elçin  Qəmbərovun vəkillik fəaliyyəti dayandırlıb. 

Bu barədə Gununsesi.info-ya Vəkillər Kollegiyasında verilən məlumatda deyilir.

Qeyd edək ki, Elçin Qəmbərov dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.

O, məhkəməyə ilkin ifadəsində cinayətini etiraf edib.

Elçin Qəmbərovla bağlı kollegiyadan aldığımız açıqlamada deyilir:

“Vəkillər Kollegiyası Rəyasət Heyətinin 1 iyul 2022-ci il tarixli qərarı ilə Elçin Qəmbərovun vəkillik fəaliyyəti onun barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb”.

 

Mais

Gununsesi.info