Vəkillər Kollegiyası işə qarışdı - VƏKİL MÜVƏKKİLİ İLƏ GÖRÜŞƏ BİLDİ

  • By admin
  • 20 Yanvar 2023 21:41

Xəbər verdiyimiz kimi bu gün Vəkil Ramil Rüstəmov Şirvan Polis Şöbəsində saxlanılan müvəkkili Elgün Quliyevlə görüşə buraxılmaması barədə açıqlama yayıb.

Belə ki, müdafiə etdiyi şəxslə görüşünün qarşısının alındığını deyən vəkil  sosial şəbəkə vasitəsilə ölkə başçısına müraciət edərək, müvəkkilinin işgəncəyə məruz qalma ehtimalı olduğunu iddia edib.

Vəkil Ramil Rüstəmov Gununsesi.info-ya açıqlamasında bildirib ki, artıq barəsində həbs-qətimkan tədbiri seçilən

Elgün Quliyevlə bu gün axşam saatlarında ona bir neçə dəqiqəlik görüş verildiyini deyib: “Nəhayət Vəkillər Kollegiyasının rəhbərliyi işə qoşulub, mənə dəstək verdikdən sonra  formal da olsa 3 dəqiqəlik görüş baş tutdu.

Amma müvəkillimlə görüşdə müstəntiq və Müvəqqəti saxlanma yerinin əməkdaşı yanımızda durub bizi dinlədi.

Onlara etiraz etsəm də buna əhəmiyyət vermədilər.  Ancaq müvəkkilimə işgəncə verilməsini təsdiq edən zahirən görünən işgəncə izləri var idi.  Belə ki, sifətində sağ çənə hissə zərbələrdən şişmişdir, ağzının içində ağız içi ətlər zərbədən bir neçə yerdən partlamışdır, sol ayağı pəncə və topuq hissədən vurulan zərbədən şişmişdir, nəfəs ala bilmirdi. Çünki,  qabırğalarına zərbələr edilmişdir, alın və boğaz hissəsində qızarmış qançırlar var idi”.

Vəkil deyib ki, Baş prokurora şikayət verib: “Məhkəmə Tibbi ekspertizası keçirilməsi üçün səhər tezdən vəsatət verəcəm”. 

Qeyd edək ki, bu gün səər yaşanan bu olayla bağlı Daxili işlər Nazirliyiə açıqlama yayıb.
Açıqlamada deyilir:
Şirvan şəhər sakini Elgün Quliyev narkotik vasitələrin və onların perekusorlarının qanunsuz dövriyyəsi şübhəli bilindiyi üçün yanvarın 18-də şəhər ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan 3 qramdan artıq narkotik maddə olan heroin götürülüb.
Faktla bağlı E.Quliyev barəsində Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
E.Quliyevə qarşı polis şöbəsində hər hansı bir işgəncə verilməsi ilə bağlı qeyd edilən iddialar isə həqiqətdən uzaq və böhtan xarakterlidir.
Bundan əlavə vəkil R.Rüstəmovun vəkil orderinin müstəntiq tərəfindən qəbul edilməməsi ilə bağlı qeyd etdiyi iddialar da həqiqətdən uzaqdır. Belə ki, vəkil polis şöbəsinə order təqdim edən zaman müstəntiq saxlanılan E.Quliyevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün sonuncu ilə birlikdə aidiyyəti üzrə şəhər prokurorluğuna, daha sonra isə şəhər məhkəməsinə yollanıblar. Bu zaman vəkil R.Rüstəmova keçirilən proseslərdə iştirak edə biləcəyi, məhkəmə prosesindən sonra isə hüquqlarını müdafiə etdiyi şəxslə görüşə biləcəyi izah olunub.
Mətləb Yaqublu
Gununsesi.info