Vətən Müharibəsi şəhidinin qardaşı vəfat etdi

  • By admin
  • 14 Noyabr 2022 10:18

Vətən Müharibəsi şəhidi Yolçu Babazadənin ailəsinə daha bir ağır itki üz verib.

Gununsesi.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, şəhidin qardaşı Rəsul Babayev dünyasını dəyişib. Onun bir müddətdir qan xərçəngindən əziyyət çəkdiyi və bu səbəbdən vəfat etdiyi bildirilib.

Qeyd edək ki, 19 yaşlı Yolçu Babazadə 2020-ci ilin 7 oktyabrında şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Gununsesi.info