Vətən Müharibəsində cəbhəyə göndərilən siqaretləri kim mənimsəyib?

Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Dövlət Gömrük Komitəsinin daha bir sıra vəzifəli şəxsləri saxlanılıb.

Gununsesi.info Hurriyyet.аz-a istinadən xəbər verir ki, DGK Azərterminalkompleks istehsalat birliyinin rəhbəri general Ehtiram Xəlilov, DGK Enerji Resursları və Dəniz Nəqliyyatı Baş Gömrük idarəsinin rəis müavini Rəşad Babayev, Gömrük Tariflərinin Tənzimlənməsi və ödənişlər baş idarəsinin Yol vergiləri və icazə blankları şöbəsinin rəisi Şükür Səfərov və başqaları saxlanılıblar.

Onlar Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə həbs olunub.

Bu maddələr külli miqdarda təkrar rüşvət almağa görə məsuliyyət nəzərdə tutur.

Hazırda həmçinin, 2020-ci il Vətən Müharibəsi dövründə DGK Azərterminalkompleskdə saxlanılan üzərinə həbs qoyulmuş siqaretlərin cəbhə xəttinə çatdırılması zamanı baş vermiş mənimsəmə halları da araşdırılır.

Belə ki, bununla bağlı bir sıra şəxslərin DTX-da dindirildiyi məlumdur.

Qeyd edək ki daha əvvəl də tırlarla cəbhə xəttindəki hərbi hissələrə göndərilmiş milyonlarla dəyərdə həmin siqaretlərin bir hissəsinin son ünvana çatmadığı, hətta müxtəlif yerlərdə satıldığı barədə mediada məlumatlar yayılmışdı.

Gununsesi.info