Vətəndaş Bina.az-dan narazıdır: "İsrar etməsəydim, pulumu qaytarmayacaqdılar"

Vətəndaş Bina.az platformasının xidmətindən narazıdır.

Gununsesi.info bildirir ki, bu barədə o sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, 6 manat ödəyərək hazır biznes üçün elan yerləşdirib. Elan əvvəlcə yoxlamadan keçsə də, bir gün sonra saytdan silinib.

“Bina.az-da elan yerləşdirirəm. Elanın biri 6 AZN-dir. Yüklədim, hazır biznes satıram, icarə qiymətini 2500 AZN qoydum, açıqlama hissəsində isə biznesin 40 min manata satıldığını yazdım. Elan yoxlanışdan keçdi, bir gün saytda qaldı. Səhəri gün gördüm ki, silinib. Zəng elədim Bina.az-a, dedilər ki, hazır biznes satışına icazə verilmir. Dedim, o zaman 6 AZN-mi qaytarın. Yarım saat gözlətdikdən sonra bir elanlıq ödənişi balansıma qaytardılar. Sözüm ondadır ki, bizdə işlər Azərbaycansayağı getdiyi üçün nəyəsə nail olmaq üçün mütləq zəng etmək lazımdır. Kimdə bu cür hal baş veribsə, zəng etsin, israr etsin. Yoxsa normal ölkələrdə belə məsələlər zəng etmədən həll olunur.” 

 

Qeyd edək ki, bu iddialar vətəndaşın paylaşımına əsaslanır. Məsələ ilə bağlı Bina.az-ın mövqeyi açıqlanmayıb.

 

Şəbnəm

Gununsesi.info