Son günlər Kapital Bankın ATM-ləri ilə bağlı narazılıqların sayı artır.
Növbəti belə hal Xətai metrosu yaxınlığında yerləşən bankın ATM-lərindən birində baş verib.
Gununsesi.info bildirir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Vətəndaşın sözlərinə görə, ATM qəbul etdiyi 100 ABŞ dollarını nə manata çevirib, nə də geri qaytarıb.
“Xətai metrosunun yaxınlığında yerləşən Kapital Banka məxsus ATM vasitəsilə 100 ABŞ dollarını manata dəyişmək istədik. Lakin ATM pulu qəbul etsə də, nə vəsaiti manata çevirdi, nə də geri qaytardı.
Hadisədən dərhal sonra 196 çağrı mərkəzinə müraciət etdik. Operator tərəfindən bildirildi ki, vəsaitin geri qaytarılması üçün 3 gün gözləməliyik.
Hesab edirik ki, bankın texniki nasazlığı səbəbindən vətəndaşın vəsaitinin əsassız olaraq bir neçə gün saxlanılması qəbuledilməzdir. Bankın daxili problemi və ya ATM-də yaranmış nasazlıq müştərinin hüquqlarının məhdudlaşdırılmasına səbəb olmamalıdır.
Kapital Bankdan vəsaitin dərhal qaytarılmasını, hadisənin araşdırılmasını və bu cür halların təkrarlanmaması üçün müvafiq tədbirlərin görülməsini tələb edirik.
Əks halda, pozulmuş hüquqlarımızın müdafiəsi məqsədilə məhkəməyə və aidiyyəti dövlət qurumlarına müraciət edəcəyik”.
Afət Abbasova












