Vətəndaş “Kapital Bank”dan şikayətləndi: “Kartımdan pul silinir”

  • Müəllif: Şəbnəm
  • 07 Sentyabr 2026 12:40

Vətəndaş “Kapital Bank”ın xidmətlərindən narazı olduğunu bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Vətəndaşın sözlərinə görə, bank kartından dəfələrlə və böyük məbləğdə vəsait silinib. O bildirib ki, məsələ ilə bağlı banka məlumat versə də, problemin həll olunmadığını iddia edir.

Onun sözlərinə görə, bank əməkdaşlarının tövsiyəsi ilə kartı bloklasa da, bundan sonra da hesabından vəsait silinib və məbləğ karta borc kimi yazılıb.

Vətəndaş bankın məsuliyyəti üzərinə götürmədiyini bildirərək aidiyyəti qurumlardan məsələnin araşdırılmasını xahiş edib.

 

 

Firuzə

Gununsesi.info