Vətəndaş Megastore marketinin Buzovna filialından şikayət edir.
Gununsesi.info xəbər verir ki, bu barədə o sosial şəbəkədə paylaşım edib:
Onun sözlərinə görə, marketdə pivə rəfdə endirimli qiymətə göstərilib və endirimin sentyabrın 15-dək olduğu qeyd olunub.
Vətəndaş kassada Ozio kartını təqdim edib. Lakin məhsulun ona köhnə qiymət olan 2,10 manata satılmaq istəndiyini bildirib.
Şikayətçi rəfdə göstərilən qiymətə satılmasını tələb etsə də, market əməkdaşları bunun mümkün olmadığını deyiblər.
Vətəndaş məsələ ilə bağlı narazılığını bildirərək araşdırılmasını istəyir.
Günay












