Vətəndaş su şirkətindən şikayətləndi: "Maaşımı ala bilmədim"

  • Müəllif: Şəbnəm
  • 07 Sentyabr 2026 14:59

Vətəndaş Safora, Eva və Bizim Su markalarının sularını satışı məşğul olan şəxsdən şikayətlənib.

Gununsesi.info xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Vətəndaşın sözlərinə görə, sözügedən şəxsin yanında bir ay işləyib, müştərilər cəlb edib və yaranan problemlərin həllində köməklik göstərib. Lakin maaşının ödənilmə vaxtı çatdıqda qarşı tərəfin onun mesajlarına cavab vermədiyini və zənglərinə baxmadığını iddia edib.

Şikayətçi bildirib ki, işə böyük həvəslə başlayıb və qazandığı pulla bağçaya gedən qızı üçün lazım olan əşyaları almağı planlaşdırıb. Lakin maaşını ala bilmədiyi üçün bunu edə bilməyib.

Vətəndaş paylaşımında digər şəxsləri də həmin şirkətdən istifadə etməməyə çağırıb və məsələ ilə bağlı narazılığını bildirib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

İlhamə

Gununsesi.info