İcra başçısının vətəndaşı evindən lüt çıxaran polis oğlu orqandan qovuldu

  • By admin
  • 13 Sentyabr 2021 09:46
Ağcəbədi rayon icra hakimiyyətinin başçısı  Rafil Hüseynovun məşhur polis  oğlu  Şəhriyar Hüseynov daxili işlər orqanından qovulub.
Bu barədə Gununsesi.info-ya məlumatlı mənbələrdən informasiya daxil olub.

Qeyd edək ki, ötən il vətəndaşın evinə soxulan Şəhriyar Hüseynov “Paltar geyinməsin, elə bu vəziyyətdə apar” deməsi ilə  məşhurlaşmışdı.

Düzdür, ictimai etirazlardan sonra Şəhriyar Hüseynov həmin vətəndaşdan və cəmiyyətdən üzrxahlıq etsə də polisdəki işində qala bilmişdi.
Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Şəhriyar Hüseynov növbəti dəfə polis adına yaraşmayan hərəkətlərə yol verib və bununla da daxili işlər orqanlarındakı karyerasına son qoyulub.
Onu da xatırladaq ki, Şəhriyarın qaynatası Suraxanının icra başçısı Əziz Əzizovdur.
Gununsesi.info