Vətəndaşlar Dini Komitə sədrinə nə dedilər?

  • By admin
  • 27 İyul 2016 13:09

mubariz

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Balakəndə vətəndaşları qəbul edib.

Dini Komitədən Gununsesi.info-ya verilən məlumata görə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
DQİDK-nin sədri Mübariz Qurbanlı iyulun 27-də Balakən şəhərindəki Mədəniyyət Mərkəzində Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl DQİDK sədri Mübariz Qurbanlı və Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azad Balayev Ümummilli Lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılan abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Qəbul zamanı vətəndaşların müraciətləri əsasən, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini mərkəzlərin müvafiq ədəbiyyatla təminatı, dini maarifləndirmə üzrə layihələrin maliyyələşdirilməsi və digər məsələlərlə bağlı olub.
Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı aidiyyəti qurumlara müraciət etmələri tövsiyə olunub.
Gununsesi.info