Vətəndaşlar öz hüquqlarını bilirlərmi və onu məmurlardan tələb etməkdə niyə çətinlik çəkirlər? – Hüquqşünas Rövşən Əliyevlə MÜSAHİBƏ

  • By admin
  • 13 Yanvar 2023 21:13

Azərbaycanda hüquq problemi son zamanlar daha çox gündəmə gəlir. Bir çox kiçik və orda dərəcəli məmurlar vətəndaş hüquqlarını tapdalayır, saymazyana şəkildə vəzifənin onlara atalarından qalma miraz olduğunu sanırlar. Xalqa xidmət etməkdənsə, qanunların əleyhinə işlər görürlər.

Bunula bağlı dəfələrlə dövlət başçısı da məmurların fəaliyyətini tənqid edib, onların harınlığını, qanunsuzluğunu dilə gətirib.

 

Gununsesi.info mövzu ilə bağlı hüquqşünas Rövşən Əliyevin yanaşmalarını sizə təqdim edir.

Rövşən bəy, bir hüquşünas olaraq sizə pozulan hüquqları ilə bağlı vətəndaşlar müraciət edir, şikayət etmək üçün kömək istəyirlər. İnternet dünyasındayıq, Konstitusiyanın mətni Azərbaycan dilində var, hər kəs girib oxuya bilər. Vətəndaşların öz hüquqlarını bilməməsini nə ilə izah edirsiniz?

 

Azərbaycan respublikası 1995 ci il 12 noyabrda referendum keçirilərək 12 fəsil, 158 maddə əsasında qəbul edilmişdir.Təkrar referendum keçirilərək 65 maddədə əlavə dəyişikliklər edilmişdir. Azərbaycan respublikası konstitusiyası 1995 ci il 12 noyabrda umumxalq referendumuna əsasən qəbul edilmisdir. 12 fəsil, 158 maddə əsasında qəbul edilmişdir.Təkrar ümumxalq referendum 26 sentyabr 2016 ci ildə keçirilərək 65 maddədə əlavə dəyişikliklər edilmişdir.

Demokratik və hüquqi dövlət olması konstitusiyada göstərilsə də, dövlətin əsası xalq olmasına baxmayaraq. Bu gün dinc vətəndaşların insan, mülk, söz, fikir, sərbəst toplaşma və vicdan azadlıqlari, bəzi naxələf məmurlar tərəfindən kobudcasına pozulmaqdadır. Bu gün yeraltı ve yerüstü təbii sərvətlərlə zəngin olan və 9 iqlimdən yararlanan bir dövlətdə kirayəsin, imtiyazlı, işsiz, kredit borcundan yüklənən və heç bir dövlət qayğısından yararlanamayan, uşaq pulu, ünvanlı sosial yardim, kompensasiyalardan yararlanamayan, vətəndaşlarımız bu dövlətdə hədsiz saydadır.

Neft-qaz ölkəsində elə kəndlər var ki, orada qaz yoxdur. 21-ci əsr olmasına baxmayaraq hələ də ,dinc vətəndaş təzək və odun yandırır. Bu da ölkənin dinamik “inkişafından” və “yüksək rifahıindan” xəbər verir.

Dövlətin olması üçün ilkin vətən dediyimiz müqəddəs torpaq və ona sahib çıxacaq layiqli vətəndaŞ olmaq gərək. Bu gün vətənə, təbii sərvetə sahib çıxıb, vətəndaşı yaddan çıxartmaq olmaz. Axı bu sərvət bir qurup şəxslər üçün nəzərdə tutulmayıb və ali qanunda hər kəsə şamil edilibdir.

Dövlətciliyin inkişafı üçün xalqın yanında olmalısan, xalqa xidmət etməlisən. Belə olan halda, xalq da daima dövlətin yanında məcburi yox, şəxsi təşəbbüsü ilə könüllü gələr.Xalqla dövlət arasındakı körpünü bir çox olmayan millət vəkilləri, nazirlər, komitələr, xidmətlər, prokurorlar, məhkəmələr, icra hakimiyyətləri və bələdiyyələr qırıb.

Dinc vətəndaşlarda məmurlara inam və ümid qalmayıb.Vətəndaş ona vəzifəyə görə yox, dərdinə çarə axtardığə üçün üz tutur – Konstitusiyanın 57-ci  maddəsinə əsaslanaraq.

Ancaq vətəndaş müraciəti şikayət etdiyi məmura qayıdırsa, buna nə adı vermək olar? Xalqa xidmət, yoxsa xalqa əziyyət?Görünür, yazılmamış qanun icra edilməsi və vətəndaşın son ümidinin itirməsi heç də gələcəkdə yaxşı nəticə verməyəcək. Dinc vətəndaşı süründürmək və hansısa məmurun vətəndaş hüquqlarına biganə yanaşması, öncə korrupsiya şəraiti yaratması, sonra isə hegemonluğa, harınlığa aparıb çıxaracaq.

Xalq ümidini öz dövlətinə bəsləsə də, sonda vətəndaşların Avropa Şurasına, Avropa Məhkəməsinə üz tutmasına şərait yaradan naxələf məmur ordusudur. Vətəndaş ona sahib çıxacaq layiqli məmura ehtiyac duyur.

Bu dövlətdə vətəndaşların əksəriyyəti, ən azından hüququn bilir. Ancaq bu hüquqları dövlətdə icra etmək mexanizmi işləmir deyə, vaxtını itirməmək üçün məcburən rüşvət verməyə məcbur qalır.

 

Rövşən bəy, sizə gələn şikayətlər daha çox hansı mövzularla və ya qanunun maddələri ilə bağlı olur?

Biz, nə qədər ki, dövlətdə məmurlar üçün dövlət mexanizmini gücləndirmirik -O qədər dinc vətəndaş hüquqlarının qorunmasından ağız dolusu danışa bilməyəcəyik. Vətəndaşların əksəriyyəti belə olan halda, xaricə köçəcək. Yaxud da pozulmuş hüquqlarının həllini Avropa Şurası və məhkəmələrində axtaracaq. Dövlət cərimələnəcək, sanksiyalar alacaq.

Konstitusiyada göstərilir ki, məmurun kommersiya fəaliyyətilə məşğul olmasına icazə verilmir. Ancaq demək olarsa, bu gün gördüyümüz nəhəng bütün kommersiya zolaqları məmurlarındır.

Vətəndaşların hüquqlarına cəngəllik qanunları ilə baxan ve cinayət bataqlığında boğulan, cinayətkar hansısa hakimin hökm verməsi heç bir ədalətdən xəbər verə bilməz. Bu gün içəridə həbsdə olan siyasətçi, ilahiyyatçı və jurnalist, yazıçı, şair, rəssamların günahsız olaraq azadlıqdan məhrum edilməsi danılmazdır.

Bu günə kimi bir çox məmurlar özbaşnalıq və korrupsiya ilə həbs edilir. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən dövlətə vurulan ziyanlara görə, qanunların önünə çıxarılır. Naxələf məmurların villaları, avtomobilləri, kommersiya zolaqları, qızıl- zinət əşyaları və pulları müsadirə edilməsi ,dövlət kanallarında göstərilir. Ancaq nə büdcədə dəyişiklik var, nə də vətəndaşların yaşamaq ümidlərin artırmaq halı gözə dəymir.

Vətəndaşların hüquqlarını bilməsi və tələb etməsi məmurlara sərf etmir.

Xalqa xidmət etmək üçün beş ildən bir xalqa baş çəkmək lazım deyil. Bu ölkədə artıq dinc vətəndaşlar, hiyləgər, yalan vəd verəni tanıyır. Artıq bu xalq sosial şəbəkələrdə yalandan boşuna üfürənlərə yox, xalqın yanında olaraq dediklərin əməldə göstərənlərin dalınca gedir.

Şəhid, qazi, veteran hesabına vəzifədə oturan hər bir məmur onların hesabına vəzifədədirlər. Bu səbəbdən də, onların bütün tələbini icra etməyə borcludurlar.

 

Ölkəmizdəki bəzi siyasi hüquq pozunutularının olmaması üçün Azərbaycan siyasi idarəçilərinin hansı islahatlara, yenilikləri etməsinə ehtiyac var? 

Hüquqşünas olaraq bu sahədə vətəndaşların hüquqlarının qorunması və hüquqi bir dövlətdə yaşaması üçün ölkəmizdə nə kimi konstitusion düzəlişlərin-dəyişiklərin olmasını təklif edirsiniz?

 

Dövlətə edəcəyim təklif ve tövsiyyələr bunlardır: Dinc vətəndaşın sosial rifahın yüksəltmək üçün öncə Uşaq pullu müəyən edilsin. Təqaüd yaşı 65 yaşdan aşağı endirilsin. Bunu almaq üçün əmək müddəti 25 ildən aşağı salınsın.

Dərman və ərzaqlar minimum əmək haqqında əsasən, təmizlənərək aşağı salınsın.

Ölkədə qaz, su, işıq, yanacaq və istifadə etdiyimiz şəhərdaxili gediş haqqı ödənişi aradan qaldırılsın.

Ölkədə yetim uşaqlar və qocalar evində olanlara dövlət sahib çısın. Onların bacarıqları üzə çıxarılsın.

Uşaq evində həddi-buluğa çatanları dövlətin gələcək həyatında yetişdirilsin. Şəhid, qazi və veteran övladlarna çhib çıxılsın. Dövlətin idarə edilməsində kadr kimi istifadə edilsin. Dövlətdə vətəndaş süründürməçiliyi, qohumbazlıq, korrupsiya, hüquqsuzluq, yerlibazlıq aradan qaldırılsın.

Dövlətin vəsaitləri şəhid, qazi, veteran ailələrinə yönəldilsin. Uşaq pulu, təqaüdlər verilsin, ünvanlı sosial yardımlar artırılsın.

 

Arzu Sayadoğlu

Gununsesi.info