Vətəndaşlara qarşı dələduzluq edən türk iş adamından Baş Prokurora şikayət - ŞƏRİKİNƏ DƏ "ATAN" HİKMƏT YİĞİTDÖLÜN YENİ ƏMƏLLƏRİ ÜZƏ ÇIXIR

  • By admin
  • 09 Fevral 2023 11:27

 

Gununsesi.info-nun  bir neçə gün əvvəl Azərbaycan və Türkiyə vətəndaşları olan şəriklər- Qabil Əliyev və Hikmət Yigitdöl arasındakı konfiliktlə bağlı material dərc etmişdi.

Xatırladaq ki, həmin materialda paytaxtda bina tikintisi ilə məşğul olan Qabil Əliyevin şəriki Hikmət Yigitdölü zərər salmasından bəhs olunub.

Saytımızın araşdırması zamanı isə başqa nüanslar üzə çıxıb.

Bəlli olub ki, ortadakı dələduzluq faktını türk iş adamı Hikmət Yigidöl edib.

Onun əməlləri barədə istintaq araşdırması Cinayət Məcəlləsinin 178- ci (dələduzluq), 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və sair maddələrlə tövsif olunaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və türk iş adamının əməlllərinə görə hökm çxarılıb.

 

Məsələ ilə bağlı Gununsesi.info-nun elektron poçtuna məktub yazan –nin sahibi  Qabil Əliyev olayları belə nəql edir:

Belə ki, şəriklər Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə, Bakı şəhəri İcra Hakimiyyətinin sənancamına əsasən, hündürmərtəbəli binaların tikintisi ilə məşğul olub.

Araşdırmalardan məlum olub ki, “Hom-Paş Prestij” MTK-nın direktoru olan Hikmət Yigitdöl tərəfindən, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında tikilən hündürmərtəbəli binalarda olan mənzillər ayrı-ayrı şəxslərə təkrar satılmış və nəticədə zərərçəkmişlərə küllü miqdarda zərər vurulmuşdur.  Qeyd olunanlar barədə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılan  zaman təqsirləndirilən şəxs “Hom-Paş Prestij” MTK-nını direktoru olan Hikmət Yigitdöl ilə bizim aramızda 28.08.2018-cı il tarixli birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Hikmət Yigitdölün xahişi ilə tərəfimizdən, icraatınızda olan cinayət işi üzrə olan zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi təmin olunmuşdur.

Həmin müqaviləyə əsasən, “Hom-Paş Prestij” MTK-nın qanuni təmsilçisi Hikmət Yigitdöl tərəfindən ziyan vurulmuş vətəndaşlara dəymiş ziyanın ödənilməsini, “İnter” MMC, hal-hazırda tərəfimizdən tikintisi yekunlaşmış 1 bloklu binada mənzil verməklə qarşılayacağını üzərinə öhdəlik kimi götürmüşdür.

Həmçinin qeyd edim ki, “İnter” MMC olaraq, yuxarıda göstərilən müqavilə üzrə üzərimizə düşən öhdəliyi tam olaraq yerinə yetirmişik. Buna görə də, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübariz Baş İdarəsində təqsirləndirilən şəxs, “Hom-Paş Prestij” MTK-nın qanuni təmsilçisi Hikmət Yigitdöl, barəsində olan cinayət iş üzrə yekun ittiham aktı tərtib olunaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 1(101)-78/2020 saylı, 11 noyabr 2020-ci tarixli hökmü ilə “Hom-Paş Prestij” MTK-nın qanuni təmsilçisi Hikmət Yigitdöl barəsində həbslə bağlı olmayan şərti cəza təyin edilmişdir. Həmin hökmdə həmçinin, cinayət işi üzrə zərərçəkmiş şəxslərə, “İnter” MMC tərəfindən tikilən 1 bloklu binada mənzillərin verilməsi qeyd olunmuşdur.

Belə ki, yuxarıda qeyd olunan “birgə fəaliyyət haqqında” olan müqavilənin bağlanılmasında məqsəd, onlarla vətəndaşın evsiz-eşiysiz qalmasının qarşısını almaq olmuşdur. Bizi bu işə vadar edən məqsəd, sadəcə həmin ünvanda yeni tikinti tikdiyimiz üçün yaranan narazılıqların bizə sirayət etməsinin və əlavə qanqaraçılıq yaranmasının qarşısını almaq olmuşdur.

Həmçinin, həmin müqavilədə, təqsirləndirilən şəxs, “Hom-Paş Prestij” MTK-nın sədri Hikmət Yigitdöl tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı Prospekti 32 ünvanında tikilən A 1 bloklu hündürmərtəbəli bina və A 1 bloklu bina ilə A 2 bloklu bina arasında yerləşən 4 mərtəbəli qeyri-yaşayış binasının hüququları bizə keçmişdir.

Hal-hazırda da həmin binalara təsərrüffat xidmətlərinin təşkili, kommunal xidmətlərin təşkili və binaların bütün lazımı kommunal xidmətlər göstərməsi üçün saxlanılması, bizim tərəfimizdən həyata keçirilir.

Lakin “Hom-Paş Prestij” MTK-nın sədri Hikmət Yigitdöl son zamanlar mənə qarşı qərəzli, yalan və şantaj dolu ərizələrlə dövlət orqanlarına müraciətlər edir.

Belə ki, həmin ərizələrdən Sizə ünvanlananı da olub. “Hom-Paş Prestij” MTK-nın sədri Hikmət Yigitdölün yalan və şantaj dolu ərizələrində göstərir ki, guya ki, “İnter” MMC vergi dən yanınaraq, 20.000.000 manat dəyərində satış həyata keçirmişdir ki, həmin məbləğin vergi yükünü dövlətə ödəməkdən yayınır.

Yuxarıda da qeyd etdiyimiz kimi, biz “Hom-Paş Prestij” MTK-nın sədri Hikmət Yigitdölün vətəndaşlara qarşı törətdiyi cinayət əməli nəticəsində onlara dəymiş ziyanı ödəmək məqəsədi ilə öz tikdiyimiz binadan zərərçəkmişlərə 10.000 kv.m yaşayış və qeyri-yaşayış sahələri pulsuz olaraq vermişik. Bizim heç həmin binadan satmağa yerimiz belə qalmamışdar. Həmçinin bu xüsusatlar Vergi orqanlarında araşdırılmış və nəticədə məlum olmuşdur ki, “Hom-Paş Prestij” MTK-nın sədri Hikmət Yigitdölün qeyd etdikləri uydurma və cəfəngiyatdır. Əksinə günü bu gün də, “Hom-Paş Prestij” MTK-nın şəxsi hesab vərəqəsində 2.300.000 manatdan çox vergi borcu vardır ki, bununla da bağlı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində araşdırma aparılır.

Həmçinin, qeyd edim ki, “Hom-Paş Prestij” MTK-nın sədri Hikmət Yigitdöl yenə də cinayət əməllərini davam etdirir. Belə ki, o saxta möhürlə vətəndaşların adına yenidən yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı əvvəlki tarixə müqavilələr tərtib edir.

Buna misal olaraq, hal-hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan iddiaçı Pirvəliyev Asif Vaqif oğlunun “Hom-Paş Prestij” MTK-nə olan 37 mənzilin və qeyri-yaşayış sahələrinin ona qaytarılması ilə bağlı iddia tələbini qeyd etmək olar.

Həmin iş üzrə hər iki instansiya, yəni həm birinci instansiya həm də apellyasiya instansiya məhkməsində iddia tələbinin rədd olunmasına nail olsaq da, bizdə olan məlumata görə “Hom-Paş Prestij” MTK-nın sədri Hikmət Yigitdöl, Pirvəliyev Asif Vaqif oğlu ilə cinayət əlaqəsinə girərək, onlara yaxın olan vətəndaşlara guya ki, qeyd olunana mənzilləri və qeyri-yaşayış sahəsini notariat orqanı vasitəsi ilə satırlar.

Hər gün bir şəxs bizə yaxınlaşaraq, bildirir ki, Pirvəliyev Asif ona mənzil satmışdır.

Bundan əlavə “Hom-Paş Prestij” MTK-nın sədri Hikmət Yigitdöl, onunla Nəzərov Nadir adlı vətəndaşın adına öz tikdiyi binada mənzilə dair müqavilənin olmasına baxmayaraq, həmin mənzilə dair Allahverdiyev Qərib adlı şəxsə də saxta müqavilə təqdim etmişdir. Həmin müqaviləni də əvvəlki tarixə tərtib edərək, Nəzərov Nadirdən mənzili almaq istyir.

Hal-hazırda bununla bağlı iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində davam edir. Qeyd olunmalıdr ki, həmin bu Nəzərəov Nadir “Hom-Paş Prestij” MTK-nın sədri Hikmət Yigitdölün əvvəlki cinayət işi üzrə də zərərçəkmiş olmuş və ona münasibətdə də məsuliyyətə cəlb olunmuşdur. Görünür bu Hikmət Yigitdöl, törətdiyi cinayət əməlinə görə ona təyin olunmuş cəza nəticəsində islah olunmamışdır.

Daha sonra “Hom-Paş Prestij” MTK-nın sədri Hikmət Yigitdöl öz tikidiyi binada olan qeyri-yaşayış sahəsi ilə bağlı, İsmayılov Vaqif adlı şəxslə müqavilə bağlmasına baxmayaraq, həmin qeyri yaşayış sahəsi ilə bağlı Hüseynov Elçin Yavuz oğlu ilə  daha əvvəlki tarixə saxta müqavilə tərtib edərək, onu da aldatmşdır.  Belə ki, bu iş üzrə Hüseynov Elçin Yavuz oğlu əvvəlcədən Hikmət Yigitdöllə əlbir olaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsində əvvəlcədən razılaşdırılmış iddia irəli sürmüşlər. Qeyd olunan iş üzrə qəbul olunmuş qətnamdən də bunu görmək olar. Belə ki, iş üzrə olan qətnamədən görünrü ki, Hikmət Yigitdöl ona qarşı olan iddia tələbini tam qəbul etmişdir. Həmçinin Hüseynov Elçini buna vadar edən səbəblərdən biri də o olmuşdur ki, onun keçmişdə İsmayılov Vaqif adlı şəxslə köhnə alış-veriş məsələsi olmuşdur. Məhz bu səbəb də Hüseynov Elçini, İsmayılov Vaqifə qarşı bu addımı atmağa vadar etmişdir.

 

Eyni zamanda “Hom-Paş Prestij” MTK-nın sədri Hikmət Yigitdöl Şəki Kommersiya Məhkkəməsində “İnter” MMC-nə qarşı əsasız və saxta iddia tələbi ilə müraciə tedərək, 2.000.000 manat pulun ona ödənilməsini məhkmədən xahiş etmişdir. Belə ki, həmin iddia tələbi Şəki Kommersiya Məhkəməsində təmin olunmuş və tərəfimizdən verilmiş apellyasiya şikayəti əsasında Şəki Apellyasiya Məhkəməsi heç bir araşdırma aparmayaraq, qeyd olun qətnaməni qüvvədə saxlamışdr. Belə ki, Hikmət Yigitdöl məhkəməyə müraciət edərkən özünün hazırladığı saxta möhürdən istifadə edərk, iddianın təmin olunması yönümündə olan sübütları saxtalaşdırmışdır. Hal-hazırda tərəfimizdən  Şəki Apellyasiya Məhkəməsinin qeyd olunan qərarında kassasiya qaydasında Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət olunacaqdır.

Eyni zamanda Hikmət Yigitdöl “Hom-Paş Prestij” MTK-nın təsisçilərindən olan Novruzom Mehdi və Novruzov Orduxana saxta sənədlər verərək, onları, bizə verilmiş Bakı şəhər İcra Hakimiyyətinin 23.10.2015-ci il tarixli 443 saylı sərancamının ləğv olunması ilə bağlı məhkəməyə müraciət etməyə vadar etmişdir. Belə ki, həmin məhkəmə prosesləri nəticəsində bizə küllümiqdarda ziyan dəymişdir. Buna baxmayaraq, biz iddiaçı və təsisçi Novruzov Orduxanın həm apardığımız tikintinin dayandırılması ilə bağlı həm də qeyd olunan sərancamın ləğv olunması ilə bağlı olan iddia tələbilərini məhkəməd dəf edə bildik. Lakin yenə də qeyd etdiymiz kimi bu bizə çox ağır başa gəlmişdir. Belə ki, 8 ay müddətində bizim tikinti məhkəmə qərardadı ilə dayandırılmışdır. Tərəfmizdən verilmşi şikayətlər və məhkəmə çəkişməsi nəticəsində bu yaxınlarda çox böyük çətinliklə biz həmin bu qərardadı ləğv elətdirmişik. iddiaçı və təsisçi Novruzov Orduxanın sərancamın ləğv ilə bağlı olan iddia tələbi isə birinci instansiyası məhkəməsində təmin olunsa da, tərəfimizdən verilmşi apellyasiya məhkəməsində iddia qeyri-mümkün sayılmışdır. Çünki hələ 2018-ci il tarixində “Hom-Paş Prestij” MTK hal-hazırki sərancamı mübahisləndirmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiasının 2-1(103)-1198/2018 saylı, 22 iyul 2018-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi barədə olan,  2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiasının 2-1(102)-1956/2018 saylı, 23 oktyabr 2018-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiasının 2-1(103)-1198/2018 saylı, 22 iyul 2018-ci il tarixli qərarından verilmiş kassasiya icraatına xitam verilmiş və  Bakı Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiasının 2-1(103)-1198/2018 saylı, 22 iyul 2018-ci il tarixli qərarı qüvvədə qalmışdır.

İndi isə “Hom-Paş Prestij” MTK təsisçilərindən biri olan  Novruzov Orduxanın yenidən eyni tələbi ilə məhkəməyə müraciət edərək qeyd olunan sərancamı mübahisləndirməsi qeyri-mümkündür.

Bütün bu məhkəmə proseslərində Hikmət Yigitdöl daima  “Hom-Paş Prestij” MTK-nın təsisçilərindən olan Novruzov Mehdi, Novruzov Orduxan və digər şəxslərlə təmsada olmuş ondlara istiqamətlər verərək, saxta sənədlərin hazırlanması və məhkəməyə təqdim olunmasında iştirak etmişdir.

Belə ki, bunun nəticəsində  tikintidə işlər dayanmış və bizim vətəndaşlar qarşısında üzərimizə götürdüyümüz öhdəliyin gecikdirilməsi təhlükəsi yaranmışdır. Qeyd etdiyim kimi, qeyd edilən ünvanda tərəfimizdən tikilmiş blokda və tikilməkdə olan blokda olan mənzilərlə bağlı həmçinin Hikmət Yigitdölün barəsində olan cinayət işi üzrə vətandaşlarla müqavilələr imzalanmışdır. Həmçinin tikilməkdə olan blokumuz dayandırıldığı üçün həmin blokda mənzil almış və almaq istəyən vətəndaşlar arasında ajotaj yarnmış və mənzil satdığımız və mənzil satmaq istədiyimiz vətəndaşlarla çox ciddi problemərimiz olmuşdur. Həmin bu ajotajı da Hikmət Yigitdöl özü yaratmışdar. Belə ki, qeyd etdiyimiz kimi, birinci instansiya məhkəməsi tərəfindən əvvəllər irəli sürülmüş iddialar təmin olunmuşdur. Həmin qərarları əldə rəhbər tutan Hikmət Yigitdöl və “Hom-Paş Prestij” MTK-nın təsisçilərindən olan Novruzov Mehdi, Novruzov Orduxan və digər şəxslər hamıya məlumt vermişləri ki, artıq “İnter” MMC-nə verilmiş sərancam ləğv olunmuşdur”.

Qabil Əliyev daha sonra yazır ki, başına gətirilən bu qanunsuzluqla bağlı Baş Prokuror Kamran əliyevə də müraciət edib: “Mən sizə yazdıqlarım Hikmətin və havadarlarının törətdiyi cinayətlərin az bir hissəsidir. Daha detallı Baş Prokuror Cənab Kamran Əliyevə şikayət yazmşam”.

 

 

Elmar Elnuroğlu

Gununsesi.info