“Vətəndaşlardan “pick-up”-ların yığılması qanunsuzdur” - EKSPERT ŞƏRHİ

  • By admin
  • 22 Sentyabr 2020 15:52
Tanınmış hüquqşünas Ələsgər Əhmədoğlu son dövrlər Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən vətəndaşlara məxsus pikap (pick-up) avtomobillərinin yığılması hallarına münasibət bildirib.
Gununsesi.info xəbər verir ki, ekspertin sözlərinə görə, yol polisinin bu addımı qanuna ziddir :
“Müəyyən informasiyalar yayılır ki, bəzi şəxslərə məxsus pikap (pick-up) avtomobillər səfərbərlik adı altında saxlanılır və toplanır.
Əvvəla, bu halın baş verməsi üçün rəsmi müharibə elan olunmalı və ya səfərbərlik elan edilməlidir.
Səfərbərlik (qismən və ya ümumi) elan edilməsi Konstitisiyanın 109-cu maddəsinə əsasən Prezidentin səlahiyyətindədir. Prezident belə bir sənəd imzalamayıb.
Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında Qanunda isə “səfərbərlik” və “səfərbərlik hazırlığı” anlayışları müharibə dövründə dövlətin tələbatının və əhalinin ehtiyaclarının ödənilməsi məqsədilə reallaşır.
Ölkədə səfərbərlik elan edilmədiyi kimi müharibə də elan edilməyib və bu məqsədlə hüquqi sənəd imzalanmayıb.
Odur ki, belə hal baş verirsə bu hüquqa zidd davranışdır. Əgər hökumətə belə maşınlar lazımdırsa, hazırda satışda yüzlərlə belə maşın satılır. Ödəniş edərək bütün satışda olanları ala bilər. Bunun üçün insanların malına qanunsuz müdaxilə edilməməlidir.”
Gununsesi.info