Vətəndaşların dövlət orqanlarına müraciəti - QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

  • By admin
  • 07 Avqust 2019 17:03

“Hüquq və İnkişaf” İctimai Birliyinin “LD Konsaltinq” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə birgə Qara Dəniz Regional Əməkdaşlıq Təşkilatının (German Marşall Fondunun layihəsi) dəstəyi ilə həyata keçirdiyi “Vətəndaşların müraciətlərinə baxılması sahəsində dövlət orqanlarının hesabatlılığının artırılması və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində “Vətəndaşların müraciətləri sahəsində mövcud vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib.

Dəyirmi Masada layihənin rəhbəri Hafiz Həsənov çıxış edərək layihə çərçivəsində görülən işlər barədə məlumat verib.

O, bildirib ki, layihənin icra olunduğu 7 ay ərzində “Müraciətlərin verilməsi və baxılması qaydaları” adlı kitabça hazırlanıb nəşr edilib, “Vətəndaşların müraciətləri” adlı Feysbuk səhifəsi yaradılıb, dövlət orqanlarına və məhkəmələrə müraciətlər üzrə 200-ə yaxın hüquqi yardım xidmətləri gğstərilib, ölkənin 7 regionunda “Vətəndaşların müraciətləri: qanunvericilik və təcrübə” mövzusunda İctimai Müzakirələr keçirilib, habelə 4 dövlət qurumunda vətəndaşların müraciətlərinə baxılması üzrə monitorinqlər aparılıb.

Hafiz Həsənov sonra dövlət qurumlarında aparılan monitorinqlər üzrə hazırlanmış Hesabatı Dəyirmi masa iştirakçılarına təqdim edib.

Təqdimatda müraciətlər üzrə qanunvericlik, yazılı və şifahi müraciətlər, vətəndaşların qəbulu, Çağrı Mərkəzi/Qaynar Xətt xidməti, vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət məsələlərinə dair dəyərləndirmələr və müraciətlər üzrə mövcud təcrübənin inkişafına və qanunvericiliyin təkmilləşdirilməsinə yönəlik Tövsiyələr barədə geniş məlumat verilib. Sonra Hesabat üzrə təqdimatla və ümumilikdə müraciətlər sahəsində mövcud vəziyyət üzrə geniş müzakirələr aparılıb. Dəyirmi Masada müzakirələrin yekunları olaraq qərara alınıb ki müraciətlər sahəsində şəffalıq və ictimai nəzarət xeyli gücləndirilməli və qanunvericik və praktika əsaslı şəkildə təkmilləşdirilməlidir.

H. Həsənov sonda bildirib ki təqdim edilən Hesabat Dəyirmi Masa iştirakçılarının verdikləri təkliflər əsasında bir daha təkmilləşdiriləcək və müvaiq dövlət orqanlarına təqdim ediləcək.

Gununsesi.org