Vəzirov Moskvada dəfn ediləcək

  • By admin
  • 10 Yanvar 2022 14:53

Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Əbdürrəhman Vəzirov Rusiyanın paytaxtı Moskva şəhərində dəfn olunacaq.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.

Ə.Vəzirovun həyat yoldaşının məzarının yanında torpağa tapşırılacağı gözlənilir.

Qeyd edək ki, Ə.Vəzirov 1930-cu ildə Bakının Binəqədi rayonunda anadan olub. O, 1988-1990-cı illərdə Azərbaycan SSRİ-yə rəhbərlik edib. O, 1990-cı il 20 Yanvar hadisələrindən sonra Rusiyaya köçüb və ömrünün sonuna qədər orada yaşayıb.

Gununsesi.info