“Vəziyyət təhlükəli olaraq qalır” – Rusiyada…

  • By admin
  • 12 May 2020 16:41
Moskva meri Sergey Sobyanin koronavirusla mübarizə məsələsində bədbin açıqlama verərək əhalini səbirli olmağa çağırıb.
Gununsesi.org-un məlumatına görə, mer əhaliyə müraciətində deyib:
“Təəssüf ki, bu mübarizədə qismən stabilləşmə müşahidə etsək də, vəziyyət təhlükəli olaraq qalır. Hətta minimum risk olan bölgələrdə belə durum yenidən pisliyə doğru dəyişə bilər. Koronavirus pandemiyası hələ də böyük təhlükə olaraq mövcuddur”.
Konkret faktlar söyləməsə də, Sergey Sobyanin koronavirus təhlükəsinin uzun zaman aradan qalxmayacağını vurğulayıb. Eyni zamanda deyib ki, buna baxmayaraq Rusiya şəhərlərdə, əyalətlərdə normal həyat tərzini bərpa etməyə çalışır. Moskva meri qeyd edib ki, virusa yoluxanların artan statistikası vətəndaşları qorxutmamalıdır, çünki testlərin sayəsində yoluxmaların tez üzə çıxması həkimlərə xəstələri vaxtında müalicə etməyə və Kovid-19-la mübarizədə daha effektiv üsullar işləyib hazırlamağa kömək edir.
Qeyd edək ki, Rusiyada karantin rejimi 31 mayadək qüvvədə olsa da, prezident Vladimir Putinin bu həftə keçirdiyi müşavirədən sonra mayın 12-dən ölkənin bəzi sahələrində, həmçinin tikinti sektorunda iş günü elan edilib.

Gununsesi.org