Vəziyyətinin pisləşdiyi deyilən Xalq artisti DANIŞDI

Alla Puqaçova MK.ru-ya müsahibəsində əri Maksim Qalkinin xaricdə bir sıra problemlərlə üzləşməsi iddialarını yalanlayıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə xəbərləri Corc Rovals adlı stilistin yaydığı bildirilib. Haqqında yayılan xəbərlərə münasibət bildirən sənətçi Qeysəriyyədəki evlərinin qarət olunmadığını və İsrail vətəndaşlığını itirmək təhlükəsi ilə üzləşmədiyini deyib.

“Mən onun kim olduğunu belə bilmirəm. Heç yadımda deyil. Bəlkə bir dəfə gəlib, amma mənim bu adamla heç bir əlaqəm yoxdur. Qeysəriyyədəki dəbdəbəli evinizin, sarayın qarət edildiyini oxuyanda fikirləşirsiniz ki, bütün bunları yayanların ağlı yerindədir? Birincisi, mən Qeysəriyyədə yaşamıram. İkincisi, bizi heç kim qarət etməyib”, – Xalq artisti etiraf edib.

Puqaçova əlavə edib ki, heç kim onları İsrail vətəndaşlığından da məhrum etmək fikrində deyil.

“Ola bilsin ki, sadəcə məni və Maksı yazıq kimi göstərmək istəyirlər. Buna çalışır və bunun üçün də pul alırlar. Kimisə mənim pis olmağımı düşünmək sevindirirsə, qoy sevinsin”, – müğənni yekunda qeyd edib.

Xatırladaq ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra sənətçi İsrailə köçməyə qərar verib. Getməzdən əvvəl o, açıq şəkildə xüsusi əməliyyatın əleyhinə danışıb. Həyat yoldaşı, məşhur şoumen Maksim Qalkin isə xarici agent adlandırılıb. Çünki o da Rusiya Federasiyasının Ukraynada hərbi xüsusi əməliyyatına açıq şəkildə qarşı çıxır.

Gununsesi.info