V Bakı Humanitar Forum çərçivəsində dəyirmi masalar davam etdirilir

  • By admin
  • 30 Sentyabr 2016 10:45

 trend_forum_290916_01

V Bakı Humanitar Forum çərçivəsində “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi” mövzusunda dəyirmi masa keçirilir.

Gununsesi.info-nun məlumatına görə, dəyirmi masaya Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi Əşrəf Şıxəliyev və BMT baş katibinin köməkçisi Rəşat Xalikov sədrlik edirlər.

Əşrəf Şıxəliyev dünyada son illər baş verən münaqişələrlə əlaqədar miqrantların sayının artdığını, milyonlarla insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib. O, bu məsələlərin dəyirmi masa çərçivəsində keçirilən 3 sessiyada müzakirə ediləcəyini bildirib.

Daha sonra Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı” filminin təqdimatı olub.

Gununsesi.info