Vaclav Havel mükafatı bu dəfə ona verildi- AVROPA ŞURASINDAN LUKAŞENKO REJİMİNƏ DAHA BİR ZƏRBƏ

  • By admin
  • 28 Sentyabr 2021 15:18

Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında
Vaclav Havel İnsan Haqları Mükafatının təqdimatı olub.

Gununsesi.info-nun sessiyada iştirak edən əməkdaşının xəbərinə görə, mükafat Belarusiyadan olan hüquq müdafiəçisi Maria Kalesnikavaya verilib.

Kalesnikavaya hazırda həbsdə olduğundan mükafatı bacısı qəbul edib.

60 min avroluq mükafatı qazanan Maria Kalesnikava Belarusdakı müxalifət liderlərindən biridir və Koordinasiya Şurasının üzvüdür. Keçmiş prezidentliyə namizəd Viktar Babarykanın seçki qərargahının rəhbəri idi və Belarus müxalifətinin və Belarus xalqının sivil və siyasi azadlıqlar və əsas hüquqlar uğrunda mübarizəsinin üç qadın simvolundan birinə çevrildi.

2020 -ci ilin sentyabrında Minskdə qaçırıldı və Belarusdan zorla çıxarılmasının və sürgün edilməsinin qarşısını almaq üçün sərhəddə pasportunu cırıblar. Sonradan həbs olundu və 2021 -ci ilin sentyabrında fəaliyyətinə görə 11 il həbs cəzasına məhkum edilib.

Mükafatı öz adından qəbul edən Mariyanın bacısı Tatsiana Khomich mükafat komitəsinə təşəkkür edib. O, deyib ki, bacısının qazandığı qələbəni Belarusda haqqı uğrunda mübarizə aparan hər kəsə həsr etmək istəyəcəyini söyləyib: “Bu mükafat bütün demokratik dünyanın və Belarus xalqı üçündür. Bu həm də bizə, belaruslara, beynəlxalq aləmin dəstəklədiyinə və doğru yolda olduğumuza işarədir. ”

AŞPA prezidenti Rik Daems mükafatı təqdim edərkən bildirib ki, dinc və qanuni etirazlara qarşı güc və qəddarlığı seçmiş bir rejimə qarşı duran xanım Kalesnikava, öz təhlükəsizliyini riskə atmağa hazır olduğunu göstərib: “Əsl cəsarət göstərdi. Həqiqətən, cəsarətli sözlər, seçilmiş üç namizədimizin hər birini ən yaxşı şəkildə təsvir etdiyinə inanıram. Necə ki, cənab Havel kimi, hamı öz təhlükəsizliyini qurban verməyə hazır olduğunu göstərdi”.

Pərviz Həşimli
Fransa/Strasburq
Gununsesi.info