Vağzal mühasirəyə alındı

  • By admin
  • 18 İyul 2016 10:48

vagzal

 

Almata-1 Vağzalı gözlənilən terro hadisəsi ilə əlaqədar olaraq mühasirəyə alınıb və heç kim buraxılmır.

Gununsesi.info “tengrinews”-a istinadən xəbər verir ki, şəhərdə baş verən atışma ilə əlaqədar olaraq antiterror əməliyyatına başlanılıb və bu məqsədlə şəhərdə vağzal, Təhlükəsizlik Xidmətinin Departament binası və digər strateji obyektlər nəzarətə götürülüb. Şahidlərin dediyinə görə, hadisə baş verən ərazidə atəş səsləri eşidilib.

Atışmadan sonra naməlum şəxslər hadisə yerindən uzaqlaşıblar. Polis onları tqib etsə də, tuta bilməyib.

Hazırda hüquq-mühafizə orqanları işççiləri ofisdən çölə çxmağa imkan vermir.

 

Gununsesi.info