Vağzalın binasının ikinci mərtəbəsində “ASAN xidmət”in yeni filialı yerləşəcək - CAVİD QURBANOV

  • By admin
  • 13 Oktyabr 2016 10:35

 cavidddddddddd

“Bakı dəmiryolu vağzalının binasında aparılan tikinti-yenidənqurma işləri davam edir”.

Gununsesi.info xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.
“Vağzalın binası yenidən qurulur. Orada yerləşən, eybəcər şəkildə olan ticarət obyektləri yenilənir. Vağzalın binasının ikinci mərtəbəsində “ASAN xidmət”in yeni filialı yerləşəcək. Hesab edirəm ki, ilin sonunadək bina istismara veriləcək” – deyə, o, bildirib.

Gununsesi.info