Vahid Ələkbərov məhkəməyə verildi

Moskvada məmurlar Presnenski məhkəməsində “Lukoyl”un eks-prezidenti, milyarder Vahid Ələkbərova qarşı Moskvanın mərkəzində özbaşına tikinti apardığına görə iddia qaldırıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə paytaxtın Daşınmaz Əmlak üzrə Dövlət Müfəttişliyinin mətbuat xidmətindən məlumat verilib.

HTML tutorial

Məlumata görə, 2022-ci ilin iyulunda müfəttişlər Skatertnı prospekti, 18 ünvanında yerləşən yaşayış binasının damında icazəsiz tikililər aşkar ediblər. Məlum olub ki, binanın yeddinci və səkkizinci mərtəbələrindəki mənzillər Ələkbərova məxsusdur. Bildirilib ki, binanın damındakı konstruksiyalar rəsmiləşdirilmiş layihə icazəsi olmadan tikilib. Noyabrın 1-də onların sökülməsi planlaşdırılır.

“Görülən tikinti işləri qanuna ziddir və vətəndaşlar üçün təhlükə yaradır. Şəhər V.Ələkbərova qarşı tikinti işlərinin dayandırılması ilə zərər təhlükəsinin aradan qaldırılması üçün Moskvanın Presnenski Rayon Məhkəməsində iddia qaldırıb. Hazırda işə məhkəmədə baxılır”, – məlumatda qeyd olunub.

Gununsesi.info