
Azərbaycanlı iş adamı, “Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov martın 16-da 24 saat ərzində 1 milyard dollar vəsait itirib.
Gununsesi.org xarici KİV-nə istinadən xəbər verir ki, iş adamının sərvəti 14,8 milyard dollardan 13,8 milyard dollara qədər geriləyib.
Buna dünya bazarlarında “qara qızıl”ın ucuzlaşması, həm də fond birjalarındakı qeyri-sabitlik təsir edib.
Gununsesi.org