“Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov “Palmali Group” arasındakı məhkəmə prosesinə münasibət bildirib.
GUNUNSESİ.İNFO-nun “novoye-vremya.com” saytına istinadən verdiyi xəbərə görə, Vahid Ələkbərov “Lukoyl”la “Palmali Group” arasında başlanan çəkişmənin biznes maraqları ilə bağlı olduğunu deyib: “Bu sırf kommersiya məsələsidir. Ona görə də mən bu məsələni şərh etməyəcəyəm, çünki, onun detallarını yaxşı bilirəm”.
Gununsesi.info xatırladır ki, hələ bir neçə ay əvvəl bu söhbət gündəmə gələrkən Vahid Ələkbərov belə bir məsələnin mövcud olmadığını vurğulayaraq, sualdan yayınmışdı.
Bundan sonra isə onun adından Rusiyada fəaliyyət göstərən bəzi media orqanlarında “Palmali Group”un çökməsinə dair absurd iddia da yer almışdı.
Bu gün isə Vahid Ələkbərovun Londonda belə bir məhkəmə prosesinin olmasını təsdiqləməsi bir neçə ay əvvəl dediklərini təkzib etmiş oldu.
Qeyd edək ki, ki, “Palmali Group” “Lukoyl”un Litasco törəmə şirkətini məhkəməyə verib. Buna səbəb isə qarşı tərəfin müqavilə şərtlərini pozmasıdır.
GUNUNSESİ.İNFO