Vahid Ələkbərovun bir aya qazandığı sərvətin həcmi açıqlanıb

“Lukoyl”un təsisçisi Vahid Ələkbərov ilin əvvəlindən bəri 838 milyon dollar qazanıb.

Bu barədə “Bloomberg”in dərc etdiyi, xüsusən də şirkət səhmlərinin dəyəri əsasında hesablanan “Blumberq Milyarderlər İndeksi”nin (“Bloomberg Billionaires Index”) hesabatından bəlli olub.

Məlumata görə, azərbaycanəsilli rusiyalı iş adamının sərvəti 25,5 milyard dollardır.

O da vurğulanır ki, bu ilin əvvəlindən Rusiyanın ən zəngin iş adamlarının sərvəti ümumilikdə 7,953 milyard dollar artıb.

 

 

Gununsesi.info