Vahid Əhmədov: “Onlar 30 ildə qazandıqlarına xaricdə mülk, obyekt alırlar”

  • By admin
  • 14 Oktyabr 2022 12:09

“Azərbaycandan xaricə qeyri-qanuni pul köçürülmələri çoxalıb”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin plenar iclasında çıxışında bildirib.

Deputat qeyd edib ki, hər il də bu rəqəm artır: “DSX və DTX bununla bağlı cinayət işləri açırlar. Lakin bəziləri yenə də müəyyən yollar taparaq Azərbaycandan xaricə külli miqdarda pullar çıxarır. İnsanlar 30 ildə vəsait qazanıblar, həmin pulların əksər hissəsi xaricə çıxarılır, orada mülk və obyektlər alırlar. Lakin bunun Azərbayacana heç bir xeyri yoxudr”, – deputat əlavə edib.

Gununsesi.info