Vahid Əhmədov:”Ailəmlə məsləhətləşəndən sonra namizədliyimi geri götürdüm”

  • By admin
  • 28 İyul 2024 21:06

Qubada deputatlığa namizədliyi qeydə alınan Vahid Əhmədov yenidən deputat olmaq niyyətindən daşınıb.

Namizədliyini geri götürən Vahid Əhmədov Gununsesi.info-ya açıqlamasında bunun səbəbini açıqlayıb:

Ailə üzvlərimlə məsləhətləşəndən sonra namizədliyimi geri götürdüm. Həm də yorulmuşam. Yaşım da az deyil”.

 

Qeyd edək ki, V. Əhmədov III, IV, V və VI çağırış Milli Məclisin deputatı olub.

Deputatlıqdan əvvəl isə Baş Nazirin müavini vəzifəsində çalışıb.

Elmar

Gununsesi.info