Vahid Məhkəmə Portalı niyə işləmir? -Ədliyyə Nazirliyindən AÇIQLAMA

Son günlər Vahid Məhkəmə Portalında problemlər yaranıb.

Bu barədə Gununsesi.info-ya məlumat verən vəkillər deyib ki, onlar məhkəmə sənədlərini portala yükləməkdə çətinlik çəkirlər.

Problem ilə bağlı Gununsesi.info-nun sorğusuna Ədliyyə Nazirliyinin İnsan hüquqları və Kommunikasiya idarəsinin rəisi Aynur Sabitova münasibət bildirib. Aynur Sabitova həqiqətən belə bir problemin olduğunu təsdiqləyib:

“Son günlər ərzində “Asan İmza” mobil elektron imza sisteminin yenilənməsi ilə əlaqədar müxtəlif informasiya resurslarında, o cümlədən “Elektron məhkəmə” informasiya sistemində elektron sənədlərin həmin imza ilə imzalanmasında çətinliklər müşahidə edilir. Nəzərə alınması xahiş olunur.”

 

Şəbnəm

Gununsesi.info