
Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edib.
Mərkəzdən Gununsesi.info-ya verilən məlumata görə, ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu iyulun 24-dən avqustun 14-dək saat 18:00‑dək aparılır.
Sənədlər şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək), yaxud poçt vasitəsilə Mərkəzə təqdim edilə bilərlər.
Gununsesi.info