Vaksin kimlərdə daha çox antitellər yaradır? – Araşdırma

  • By admin
  • 07 Aprel 2021 19:52
Koronavirus vaksini vurdurduqdan sonra antitellərin yaranması ilə bağlı araşdırma aparılıb.
Gununsesi.info xəbər verir ki, araşdırmaya görə, siqaret çəkməyənlər, xəstəliyi keçirənlər və gənclərdə daha çox antitellərin yarandığı sübut olunub.
Çalışmanı aparan mütəxəssis bildirib ki, araşdırmada 101 nəfər koronavirus keçirmiş, 97-si isə keçirməmiş insanlar olub. Hamısı iki doza vaksinasiya olunub. Vaksinasiya olunduqdan 2 həftə sonra iştirakçıların 99 faizində antitellər yaranıb. Sadəcə 2 nəfərdə antitellər yaranmayıb. Onlar isə koronavirus keçirməyən insanlar olub. Hətta koronovirusu ağır simptomlarla keçirənlərdə daha yüksək antitellər yaranıb.
Mütəxəssislər qeyd edirlər ki, peyvəndin 100 faiz effektli olması sübut olunmayıb. Ona görə də maska, sosial məsafə qaydalarına əməl etməyə davam etməliyik.
Gununsesi.info