
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 436 vaksin vurulub.
Gununsesi.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 578, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 249, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 20 609 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 11 203 595, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 155 907, ikinci mərhələ üzrə 4 659 458 nəfər təşkil edir.
Ümumilikdə isə 1 388 230 “buster” doza vurulub.
Gununsesi.info