Vaksinasiya prosesi sürətlə davam etdirilməlidir – Deputat

  • By admin
  • 12 Avqust 2021 11:37

“Vaksinasiya prosesi sürətlə davam etdirilməlidir. İnsanlar bir-biriləri ilə sosial məsafə saxlamalı, bu məsələyə xüsusi diqqət göstərməlidir”.

Gununsesi.info xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri (ADİP) Asim Mollazadə deyib.

Millət vəkili bildirib ki, ictimai iaşə obyektlərində, hansısa qapalı mühitdə tibbi maskadan istifadə etməyən şəxslər bilməlidirlər ki, həm özlərini, həm yaxınlarını, həm də çevrələrindəki insanları böyük bir təhlükə altında qoyurlar:

“Mənə elə gəlir ki, qonşu ölkələrdəki vəziyyəti görən hər bir Azərbaycan vətəndaşı öz məsuliyyətini dərk eləməlidir. Bəlkə də bu gün hansısa sərt tədbirlərə, qapanmalara ehtiyac yoxdur, amma biz vaksinasiya prosesinə sürətlə davam etməliyik. Mövcud vəziyyəti dəyişdirməyə çalışmalıyıq. Gələcəkdə ümumi vəziyyətdən asılı olaraq bu istiqamətdə addımların müəyyənləşdirilməsi mümkündür. Bu istiqamətdə Azərbaycan həm beynəlxalq səhiyyə təşkilatları, həm də dünyanın inkişaf eləmiş və bu proseslərlə mübarizədə təcrübə qazanmış ölkələrin informasiya, təcrübə bazasından istifadə edə bilər”.

Gununsesi.info