
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov vəzifəsindən azad edilib.
Gununsesi.info-nun sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, o, öz ərizəsi ilə işdən ayrılıb.
Məlumata görə, hələlik onun yerinə təyinat olmayıb.
Qeyd edək ki, V.Hüseynov bu vəzifədə 2017-ci ildən çalışırdı.
Gununsesi.info